Ana sehife Secilmislere elave et E-mail

© 2007-2023 Bütün
 hüquqlar qorunur


ejderol@rambler.ru


Saytın yaradılması və dəstəyi: «İNSA ™» marketing

Powered by Retro SaytİNSA ™



Əziz Dostlar!
 

Əziz keçmiş, indiki və gələcək oxucu dostlarım, salam!
Neçə illərdir ki, mən həm də ədəbiyyat dilində danışıram. Həmişə çalışmışam aydın, sadə və təsir edə biləcək dildə yazım. Başa düşülməkdən, sözümün canını deməkdən çəkinməmişəm. İstəmişəm ki, Əjdər Olum. Sərrast və sərbəst, saf və duru düşüncəli adamlarla bir yerdə olanda darıxmıram. İçərisində azacıq işıq közərən, sevgi qaynayan insanlarla asanlıqla dil tapıram. Mənə elə gəlir ki, söhbətimiz tutacaq. Son iyirmi-iyirmi beş ildə can yandırıb yazdıqlarımı qısa bir zamanda oxuya bilərsiniz.


Dərin Hörmətlə, Əjdər Ol


Əjdər Ol (Cəbiyev Əjdər Feyzulla oğlu) 1958-ci il avqustun 17-də Azərbaycan Respublikasının Qazıməmməd şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. (1975-1979) Daha sonra hüquqşünas, iqtisadçı ali təhsillərinə yiyələnmişdir. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. (1979-1985), “İşıq” nəşriyyatında korrektor, kiçik redaktor (1986-1988), Yazıçıların Yaradıcılıq Evində direktor müavini (1988-1990), Bədii Ədəbiyyatın Təbliği Bürosunda direktor müavini (1990-1992), Azərbaycan Respublikasının Prezidenti Aparatının Milli siyasət şöbəsində məsləhətçi (1992-1994), “Şur” nəşriyyatında Baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Mətbuat xidməti və protokol bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri (2002-2013), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri (2013-2018) vəzifələrində çalışmışdır. 2007-ci ildə Respublika Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. “Dünənim də belə keçdi”, “Necə sevməyəsən?!” adlı ilk şeirləri “Azərbaycan” jurnalında (1981, N 9) çap ediləndən sonra ölkə daxilində, xaricdə almanax, jurnal və qəzet səhifələrində orijinal və məzmunlu, bədii dəyərli poetik, publisistik, nəsr və dram əsərləri ilə müntəzəm çıxış edir. “Molla Nəsrəddin və Əmir Teymurun filləri” komediyası 2005-ci ildə Dövlət Gənclər Teatrında, “Son məktub” pyesi 2007-ci ildə Dövlət Milli Akademik Dram Teatrında, “Kimyagər” pyesi 2012-ci ildə Dövlət Akademik Musiqili Teatrda, “Biri vardı, biri yox…” pyesi isə 2015-ci ildə Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. Tamaşalara əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş vermişdir....

 Davamı...






Xəbərlər
 

11.01.2024
Yeni Əjdər Ola məktub

525-ci qəzet

 

17.05.2023
Yeni  
Əlirza Həsrət - Buraxmadılar

Şair və nasir Əjdər Ola həsr edilmiş şeir

 

17.05.2023
Mükafatlar  
Əjdər Olun "Kan İşığı" romanının 2-ci nəşri gerçəkləşib

"Lo" romanı türk dilinə tərcümədə 2-ci dəfə 2023-cü ildə nəşr olunub

 

17.05.2023
Mükafatlar  
Zəhirəddin Məhəmməd Baburun rübailəri ilk dəfə ana dilimizdə

“Rübailər” kitabı bu günlərdə işıq üzü görüb

 

17.05.2023
Mükafatlar  
Səid Faiq Əbasıyanığın hekayələri Əjdər Olun tərcüməsində çap olundu

”Bir yaz hekayəsi” və “Sakarya balıqçısı” kitabları

 

20.09.2022
 
Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabı İranda çapdan çıxıb

Əjdər Olun məşhur kitabı İranda çap olundu

 

23.08.2022
Günəşə həsrət qalan dost

525-ci qəzet

 

05.05.2022
LO romanı (Alman dilində 2022)

Başda "Amazon" olmaq üzrə, bütün internet saytlarında satışa çıxarılıb

 

26.04.2022
Mükafatlar  
Mükafatlar

Türk Dünyasına Üstün Xidmət Mükafatı

 

26.04.2022
  LO (canlı roman 2020)

“LO” romanı uydurma deyil, canlıdır, gerçəkdir

 

19.04.2019
Mp3 Əjdər Ol: Hekayələr

Yüklə

 

18.04.2019
Mp3 Əjdər Ol: Ömür elə budur, bu!

MP3 Albom- Şeirləri müəllif səsləndirir

 

09.04.2019
Youtube Ayaqqabı əməliyyatı

Hekayəsi və ssenarisi Əjdər Ola aid olan “Ayaqqabı əməliyyatı” adlı qısametrajlı bədii film

 

08.04.2019
Youtube Usta Yusifin kamançası

Hekayəsi və ssenarisi Əjdər Ola aid olan “Usta Yusifin kamançası” adlı qısametrajlı bədii film

 

14.01.2013
Qəzənfər müəllimgilin Şuşaya yürüşü (Hekayə)

525-ci qəzet

 

31.12.2012
“Qəzənfər müəllimgilin Şuşaya yürüşü”nün beynəlxalq uğuru

525-ci qəzet

 

May 2011
QIZIL KƏLMƏ MÜKAFATI

Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatına, son iki ilin ən yaxşı poeziya kitabı nominasiyası üzrə mükafata layiq görülüb

 

2010
MİLLİ KİTAB

2010-cu ildə "Ədəbi portretlər" kitabına görə Milli kitab mükafatını almışdır

 

06.01.2011
QRAFOMAN POLŞADA

525-ci qəzet

 

05.01.2011
ƏJDƏR OLUN KİTABININ MƏMNUNİYYƏTLƏ OXUNACAĞINA İNAMIM TAMDIR

525-ci qəzet

 

15.03.2010
HƏRBİ-SƏHRA KOMANDİRİNİN MEYMUNU

Yeni hekayə